Bank Of Baku

Türkiyədə YAP nümayəndələri ilə görüş keçirilib - FOTO

Türkiyədə YAP nümayəndələri ilə görüş keçirilib - FOTO
# 09 may 2023 14:24 (UTC +04:00)

Samsun Böyükşəhər Bələdiyyəsində Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti ilə görüş baş tutub.

APA-nın Samsuna ezam olunan müxbiri xəbər verir ki, görüşdə iki dövlət arasında, həmçinin YAP və AK Parti arasındakı münasibətlər barədə geniş müzakirələr aparılıb.

Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Demir çıxışında Azərbaycan və Türkiyənin bərabərliyi bundan sonra da davam edəcəyini bildirib.

“Azərbaycan nümayəndə heyəti Samsuna səfəri zamanı bir daha bizimlə birlikdə olduqlarını ifadə etdilər. İnşallah seçkilərdən qalib çıxacağıq və bu qalibiyyəti birlikdə qeyd edəcəyik”.

Bələdiyyə sədri qeyd edib ki, Azərbaycan və Türkiyəni bir-birilərinə bağlayan tarixi bağlar var.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, YAP ilə AK Parti arasındakı münasibətlərin hazırkı durumu ilə bağlı məlumat verib.

Hicran Hüseynova qeyd edib ki, 2021-ci ildə iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək mühüm addımların atılıb:

" Qarşılıqlı səfərlərin əlaqələrin inkişafına əhəmiyyətli töhfə verir. Tarixi köklərə və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində strateji müttəfiqlik zirvəsinə yüksəlib".

Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili İlham Məmmədov çıxış edərək bildirib ki, Türkiyə demokratik bir ölkədir:

“Seçkilərin taleyini xalq həll edir. Bizim arzumuz var ki, qardaş ölkənin xalqı düzgün seçim etsin. Əminəm ki, bu seçkilər bütün türk dünyası üçün uğurlu və xeyirli olacaq”.

Azərbaycan Parlamentin üzvü, millət vəkili Nəsib Məhəməliyev çıxış edərək Türkiyə 44 günlük Vətən müharibəsi başlayan ilk gündən etibarən Azərbaycanın yanında olub:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən bizə öz dəstəyini göstərib.Bu səbəbdən ona öz təşəkkürümüzü bildiririk. Qarşıdan gələn seçkilərin qardaş ölkənin gələcəyi üçün uğurlu olmasını arzu edirik. İnanıram ki, Türkiyə xalqı düzgün seçim edərək son illərdə qazanılan möhtəşəm uğurların davamına səs verəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR