Bank Of Baku

Türkiyədən Azərbaycana 395 nəfər yola salınıb, 183 nəfər ölkədədir

Türkiyədən Azərbaycana 395 nəfər yola salınıb, 183 nəfər ölkədədir
# 09 fevral 2023 19:47 (UTC +04:00)

8 fevral 2023-cü il tarixlərində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb.

APA xəbər verir ki, bu, XİN-in Türkiyədə zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyəsi və zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikası vətəndaşları barədə mətbuat məlumatında qeyd edilib.

Bildirilib ki, zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.

Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR