Türkiyəli polkovnik: Azərbaycan və Türkiyə Şuşa bəyannaməsi çərçivəsində birgə uğurlu addımlar atıb

Girne Amerikan Universitetitinin professoru Sadık Akyar

© APA | Girne Amerikan Universitetitinin professoru Sadık Akyar

# 15 iyun 2024 14:00 (UTC +04:00)

Azərbaycan və Türkiyə Şuşa bəyannaməsi çərçivəsində bir çox məsələdə, xüsusən də müdafiə sənayesi sahəsində birgə uğurlu addımlar atıb.

Bu barədə APA-nın İstanbul bürosuna açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin istefada olan polkovniki, Girne Amerikan Universitetinin professoru Sadık Akyar bildirib.

O həmçinin qeyd edib ki, Şuşa Bəyannaməsinin icrasını tənzimləyəcək ortaq mexanizmin yaradılması bu istiqamətdə atılacaq addımlardan olmalıdır: “Hazırda bu prosesə hər iki ölkənin səfirləri nəzarət edir və yekunda müvafiq nazirliklərlə də ümumi tənzimləmə aparılacaq. Yaşadığımız dövrdə çoxqütblü iqlim dəyişiklikləri və iqtisadi böhranların cərəyan etdiyi dünyada Şuşa Bəyannaməsinə nəzarət edəcək ortaq mexanizmin qurulması vacibdir”.

S. Akyarın sözlərinə görə, yaradılacaq ortaq mexanizm vasitəsilə Azərbaycanla Türkiyə arasında qəbul olunan qərarları Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrə də təqdim etmək imkanı yarana bilər.

“Bu həm TDT-nin regional güc olma iddiasını həyata keçirməyə kömək edəcək, həm də Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsini quruma üzv ölkələr üçün də bir rəhbər, yol xəritəsi halına gətirəcək. Digər tərəfdən isə, bu mexanizm Azərbaycan, Türkiyə və Pakistanın daxil olduğu Bakı bəyannaməsi ilə də koordinasiya yaradaraq ortaq layihələrin icrası üçün yol açacaq. Nəticə etibarilə Şuşa bəyannaməsinin həm də Türk dünyası üçün yol xəritəsi olmasına katiblik və ya səfirlər səviyəsində ortaq mexanizm vasitəsilə nail olmaq olar”, - siyasi şərhçi Mehmet Sadık Akyar vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR