Bank Of Baku

TürkPA-nın növbəti sessiyası gələn il Azərbaycanda keçiriləcək

Sahibə Qafarova

© APA | Sahibə Qafarova

# 02 may 2023 11:08 (UTC +04:00)

“Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) Ankarada keçirilən sessiyasında Ermənistanın mina terrorunu davam etdirdiyini, etnik zəmində qarşıdurmanı təşviq etdiyini, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə təxribatlar törətdiyini nəzərə çatdırdım”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bugünkü iclasında bildirib.

Sahibə Qafarova deyib ki, çıxışında təxribatların qarşısının alınması üçün Laçın yolunda sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurduğunu bildirib.

Spiker iclasda TürkPA-nın növbəti sessiyasının gələn ilin may-iyun aylarında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildiyini də bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR