Bank Of Baku

Ursula von der Leyen: Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır

Ursula von der Leyen: Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır
# 17 dekabr 2022 12:35 (UTC +04:00)

Bu razılaşma Aİ-ni Cənubi Qafqaz regionundakı tərəfdaşlarımıza daha da yaxınlaşdıracaq və bizim hər iki regionumuza təmiz enerjiyə çatmaqda yardım edəcək.

APA xəbər verir ki, bunu dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

O, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu vurğulayıb.

"Bu gün biz deyə bilərik ki, Qara dənizin iki sahili heç vaxt indiki kimi yaxın olmayıb", - o əlavə edib.

Ursula von der Leyen çıxışında “Ukraynada müharibəyə başlamasından sonra biz Rusiyanın fosil (qalıq) yanacağına arxa çevirmək və enerji tədarükümüzü bu masanın arxasındakı tərəfdaşlarımız kimi etibralı enerji tərəfdaşlarımıza doğru şaxələndirmək qərarına gəlmişik”, - deyə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR