USAİD rəhbəri Bakıya gəlib.
APA xəbər verir ki, bu barədə məlumat USAİD-in rəsmi internet səhifəsində dərc edilib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer Azərbaycana səfərə gəlib.
Məlumata əsasən, Pauer artıq Bakıdadır. O, Qarabağdakı humanitar vəziyyəti və bununla bağlı ölkəmizin üzərinə götürdüyü öhdəlikləri müzakirə etmək üçün görüşlər keçirəcək.
Qeyd olunub ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim də Pauerlə birlikdə ölkəmizdə səfərdədir. Pauer səfəri çərçivəsində Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında davamlı sülhün perspektivlərini də müzakirə edəcək.
Xatırladaq ki, Pauer və Yuri Kim bundan öncə Ermənistanda səfərdə olublar.