Bank Of Baku

Vayra Vike-Freyberqa: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ideyaların mübadiləsi üçün beynəlxalq hab rolunu oynayır

Vayra Vike-Freyberqa: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ideyaların mübadiləsi üçün beynəlxalq hab rolunu oynayır
# 09 mart 2023 11:37 (UTC +04:00)

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi inandırıcı gücə çevrilir, beynəlxalq platforma kimi qəbul edilir. Bu beynəlxalq platforma ideyaların mübadiləsi üçün artıq beynəlxalq hab rolu oynayır. Bu platforma qlobal narahatlıqlarla bağlı sualları müzakirə etməyə cavab axtarmağa imkan verir".

APA xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa X Bakı Qlobal Forumunda çıxışında deyib.

O bildirib ki, qlobal ictimaiyyət təhdid və təhlükələrlə bağlı ortaq anlayışa sahib olarsa və həmrəylik göstərərsə, o zaman bu təhdid və təhlükələrin nəticələri ilə mübarizə daha asan olar.

Vayra Vike-Freyberqa çıxışında Rusiyanın Ukraynaya təcavüzkar və əsassız müharibə aparması barədə danışıb.

"Böyük bir ölkə öz tarixi fantaziyalarına və illüziyalarına əsaslanaraq öz qonşusuna hücum edirsə bu qəbuledilməzdir. Ukraynaya qarşı aqressiyasında biz bunu görürük".

Latviyanın keçmiş Prezidenti Azərbaycanda dini azadlığın təminatını təqdir etdiyini vurğulayıb. "Azərbaycan din azadlığını qətiyyətlə təmin edir, qadın hüquqlarına hörmət olunur".

Keçmiş Latviya Prezidenti Qoşulmama Hərəkatına sədrliklə bağlı da Azərbaycanı təbrik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR