Bank Of Baku

Venesuela xarici işlər nazirinin müavini ABŞ-dan şikayətlənib

Venesuela xarici işlər nazirinin müavini ABŞ-dan şikayətlənib
# 02 mart 2023 17:21 (UTC +04:00)

“Tibb işçiləri pandemiyaya qarşı mübarizədə ilk səngər idi”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Venesuela xarici işlər nazirinin müavini Ruben Molina bildirib.

Ruben Molina deyib ki, dünyada beynəlxalq əməkdaşlığı və həmrəyliyi gücləndirmək vacibdir : “Biz bir ölkənin üstünlüyünə və birtərəfli inkişafa qarşıyıq. Bir çox ölkələr və xalqlar aclıq və yoxsulluğun qurbanı ola bilər. Birtərəfli addımlar dərhal dayandırılmalıdır”.

Venesuela xarici işlər nazirinin müavini qeyd edib ki, ölkələrindəki hamı koronavirusa qarşı peyvənd olunub, yoluxanlar arasında ölüm 1 faiz olub: “Bizim ölkənin digər ölkələrin səhiyyə vasitələrinə çıxışı yoxdur. Venesuela 200-ə qədər sanksiya ilə üzləşib. ABŞ ölkəmizə qarşı birtərəfli addımlar atır, imperiya maraqlarından çıxış edir”.

Ruben Molina Qoşulmama Hərəkatına üzv ölkələri Qlobal Cənubu dəstəkləməyə çağırıb: “Biz inklüziv, çoxtərəfli əməkdaşlığı dəstəkləyirik. Bu, həm də Qoşulmama Hərəkatının fəaliyyəti nəticəsində mümkün ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR