“NATO iki tərəfdaşımız - Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdardır”.
APA xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “Twitter” hesabında bildirib.
“Ermənistan və Azərbaycan arasında 4 günlük konstruktiv əlaqədən sonra Vaşinqtonda davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini eşitmək xoş oldu. Danışıqlar və dialoq yeganə yoldur”.