Bank Of Baku

“ExxonMobil” şirkətinin rəhbəri Azərbaycan prezidentini təbrik edib

“ExxonMobil” şirkətinin rəhbəri Azərbaycan prezidentini təbrik edib
# 25 aprel 2018 13:57 (UTC +04:00)

ABŞ-ın “ExxonMobil” şirkətinin prezidenti Nil Daffin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, təbrikdə deyilir:

 

“Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi EksonMobil şirkəti adından təbrik etməkdən məmnunluq hissi duyuram. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın müxtəlif yerlərindən olan şirkətlərlə sıx peşəkar ticarət tərəfdaşlığı quraraq öz enerji resurslarını dünya bazarına çıxarmaq istiqamətində səylərini davam etdirir. Siz beynəlxalq tərəfdaşlığa xüsusi önəm verərək ölkəni investisiyalar üçün cəlbedici bir məkana çevirmisiniz. EksonMobil şirkəti olaraq Azərbaycanın inkişafına töhfə verdiyimiz üçün qürur hissi keçirir və ölkənin daha parlaq gələcəyi naminə fəaliyyətimizi davam etdirməyə ümidvarıq. Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə və xalqınıza əmin-amanlıq və daha yüksək tərəqqi arzulayıram”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR