Bank Of Baku

"Vişeqrad dördlüyü" Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sənədinin tezliklə imzalanmasını dəstəkləyir

"Vişeqrad dördlüyü" Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sənədinin tezliklə imzalanmasını dəstəkləyir
# 19 iyul 2017 09:49 (UTC +04:00)

"Vişeqrad dördlüyü" Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin zənqinləşməsi və dərinləşməsinin tərəfdarıdır.

 

APA-nın məlumatına görə, bu barədə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski bildirib.

 

Səfir qeyd edib ki, "Vışeqrad dördlüyü" Azərbaycanın Aİ ilə strateji tərəfdaşlığının ilk növbədə enerji, o cümlədən diqər sahələrdə daha dərinləşməsini dəstəkləyir.

 

"Biz Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqında yeni sənədin tezliklə imzalanmasını istəyir, bu prosesin sürətlənməsini dəstəkləyirik", - deyə diplomat qeyd edib.

 

"Vişeqrad dördlüyü"nə Macarıstan, Polşa, Çexiya və Slovakiya daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR