Bank Of Baku

Aİ-nin Azərbaycan nümayəndəliyi: Yeni saziş üzrə Bakıda aparılan danışıqlar uğurlu olub

Aİ-nin Azərbaycan nümayəndəliyi: Yeni saziş üzrə Bakıda aparılan danışıqlar uğurlu olub
# 14 iyun 2017 16:06 (UTC +04:00)

“Dünən və bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə keçirilən danışıqlar uğurlu olub”.

 

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasət şöbəsinin rəhbəri Denis Danilidis deyib. O bildirib ki, hər iki tərəf tez bir zamanda saziş üzrə razılaşmanın əldə olunmasına sadiqdir: “Bugünkü danışıqlarda bəzi məsələlər artıq razılaşdırılıb. Bir sıra məsələlərin isə razılaşdırılmasına ehtiyac var. Növbəti görüşün nə zaman keçiriləcəyi hələ məlum deyil. Lakin Azərbaycan tərəfi istəyir ki, avqust ayında Brüsseldə yay tətili başlamazdan əvvəl növbəti iclas baş tutsun”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR