Bank Of Baku

Azərbaycan prezidenti ISESCO-nun baş direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti ISESCO-nun baş direktorunu qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 04 may 2017 13:23 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

 

APA-nın məlumatına görə, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd edilib, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirilib.

 

Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulanıb, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olunub.

 

Görüşdə, həmçinin Azərbaycan ilə ISESCO arasında uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, ISESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilib, əməkdaşlığımızın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

 

Baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri ISESCO tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan planlar barədə prezident İlham Əliyevə məlumat verib.

 

*** 14.35

 

Azərbaycan prezidenti İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR