Bank Of Baku

Azərbaycan prezidenti Monqolustanın yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycan prezidenti Monqolustanın yeni seçilmiş prezidentini təbrik edib
# 11 iyul 2017 09:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Xaltmaaqiyn Battulqanı Monqolustanın prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, Monqolustanın prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Bu xoş fürsətdən istifadə edərək ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR