Azərbaycan prezidenti İlham Əliyev Niderland kralı Villem-Aleksandra təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, məktubda deyilir:
"Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 50 yaşınızın tamam olduğu belə bir xoş gündə Sizə bu əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Niderland xalqına daim sülh və firavanlıq diləyirəm".