Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.
APA-nın məlumatına görə, səfirliyin konsulluq xidmətinin “Facebook” səhifəsində bildirilir ki, Texas ştatında davam edən Harvi qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində "qaynar xətt" fəaliyyət göstərir: “Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur. Təbii fəlakət zonasında olan vətəndaşlarımızdan yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinin telefon nömrələrinə zəng etmələri xahiş olunur”.