Bank Of Baku

Azərbaycanın İsveçrədəki səfiri etimadnaməsini ölkə prezidentinə təqdim edib

Azərbaycanın İsveçrədəki səfiri etimadnaməsini ölkə prezidentinə təqdim edib
# 11 oktyabr 2017 12:58 (UTC +04:00)

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova etimadnaməsini bu ölkənin prezidenti Doris Loytharda təqdim edib.

 

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyindən APA-ya bildirilib ki, təqdimetmə mərasimində D. Loythard İsveçrə ilə Azərbaycan arasında münasibətlərin önəmli olduğunu qeyd edərək, Azərbaycan prezidenti ilə Davos forumu zamanı görüşdüyünü, bu görüşlərin ənənəvi xarakter aldığını söyləyib.

 

X. İbrahimova Azərbaycanın İsveçrə ilə münasibətlərə verdiyi önəmdən danışıb, iki ölkə başçıları arasında yüksək səviyyədə siyasi dialoqun əsasında digər sahələrdə də əməkdaşlıq üçün imkanlar yarandığını, bir səfir olaraq bu mövcud əməkdaşlığı daha da gücləndirmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək əzmində olduğunu bildirib.

 

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə toxunub, İsveçrə tərəfinin bu münaqişənin həlli üzrə danışıqlar üçün platforma təqdim etməsini məmnuniyyətlə qeyd edib.

 

Onlar Şahdəniz-2 layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya çıxarılması və bununla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ətrafında fikir mübadiləsi aparıblar.

 

X. İbrahimova İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə fəaliyyətinə toxunaraq ölkəmizin iqtisadiyyatının diversifikasiyası istiqamətində görülən işləri və İsveçrə şirkətlərinin qeyri-neft sektoruna sərmayə yatırmaqla bu işə töhfə verməsini müsbət hal kimi qeyd edib.

 

Görüşdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin qurulması baxımından birgə biznes forumların və müştərək iqtisadi komissiyanın fəaliyyətinin vacibliyi vurğulanıb, iki ölkənin parlamentlərindəki dostluq qrupları arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR