Bank Of Baku

Azərbaycanlılar Avropa Şurasının binası qarşısında etiraz aksiyası keçiriblər

Azərbaycanlılar Avropa Şurasının binası qarşısında etiraz aksiyası keçiriblər
# 27 aprel 2017 14:50 (UTC +04:00)

Avropada yaşayan azərbaycanlılar bu gün Strasburqda, Avropa Şurasının binasının qarşısında etiraz aksiyası keçiriblər.

 

APA-nın xəbərinə görə, Fransa, Hollandiya, Almaniya və Avropanın digər ölkələrindən gəlmiş çoxsaylı aksiya iştirakçıları AŞPA-nın Türkiyəyə qarşı qəbul etdiyi son qətnaməyə, Türkiyənin AŞPA-nın monitorinq mərhələsinə salınmasına qarşı şüarlarla çıxış ediblər. Eyni zamanda, AŞPA-nın Azərbaycan və Türkiyəyə qarşı apardığı ikili standart siyasətinə etiraz bildirilib.

 

Bundan başqa, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktına, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına göz yumduğuna görə də Avropa Şurasına etiraz edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR