Bank Of Baku

Bakıda Argentinanın milli bayramı qeyd edilib

Bakıda Argentinanın milli bayramı qeyd edilib
# 25 may 2018 17:54 (UTC +04:00)

Argentina Respublikasının Milli Bayramı- May İnqilabının 208-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Argentina səfiri Karlos Dante Riva çıxışında ölkəsinin müstəqillik tarixindən söz açıb.

 

Mayın 28-də ADR-nin 100 illik yubileyinin qeyd  olunacağına  toxunan səfir bildirib ki, hətta qısamüddətli  davam etməsinə rəğmən ADR-nin  vətəndaşlarının səsvermə, dini ayrı seçkilik olmadan  bəşəri hüquqlarını təmin edib. Səfir əlavə edib ki, Azərbaycanda Argentinanın səfirliyi fəaliyyətə başladıqdan 6 il sonra  qarşılıqlı səfərlər sayəsində gələcəkdə ikitərəfli münasibətlərin  inkişafına  zəmin yaradacaq müqavilələr imzalanıb.

 

"Əməkdaşlıq etdiyimiz sahələr arasında mədəniyyət sahələrini xüsusi qeyd etmək istəyərəm. Bu əməkdaşlq bizi bir-birimizə daha da yaxınlaşdırıb. İqtisadi sahədə ölkələr arasında ticarət həcmi iki dəfə artıb. Bu iqtisadi  əməkdaşıq texnoloji,  əczaçılıq  və digər sahələri əhatə edir. Qarşıda bizi müəyyən çətinliklər gözləyir, amma biz inanırıq ki, bu çətinlikləri dəf edəcəyik", deyə səfir bildirib.

 

XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov çıxışında əvvəlcə Azərbaycan hökuməti  adından Argentina xalqını təbrik edib və sülh, tərəqqi arzulayıb. G.Cəfərov cari ildə Argentina və Azərbaycan arasında  əlaqələrin 25 illiyinin qeyd edildiyini vurğulayıb: " İkitərəfli əlaqələrin inkişafda olduğunu qeyd etmək istəyirəm. Arada olan mövcud siyasi dialoq ikitərəfli  əlaqələrin daha da inkişafına  xidmət edir. İqtisadi  sahədə qarşılıqlı sərmaye qoyuluşunda yaxşı əməkdaşlıq var. İmzalanmış və imzalanmağa hazırlanan sazişlər ikitərəfli münasibətlərin əsasını daha da möhkəmləndirmək  xarakteri daşıyır. Azərbaycan  və Argentina arasında əlaqələrin daimi inkişafı üçün yeni imkanlar yaradılıb. Əminəm ki, iki ölkə arasında  mövcud dostluq münasibətləri daha da inkişaf edər və gələcəkdə xalqların rifahına xidmət edəcək".

 

Rəsmi çıxışın ardından yerli rəqqaslar tərəfindən tanqo rəqsi ifa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR