Bank Of Baku

Cavad Cahangirzadə: “Bəzi xarici qüvvələrin iki ölkənin münasibətlərini pozmasına yol vermək olmaz”

Cavad Cahangirzadə: “Bəzi xarici qüvvələrin iki ölkənin münasibətlərini pozmasına yol vermək olmaz”
# 05 iyul 2017 15:51 (UTC +04:00)

"İran və Azərbaycan münasibətləri yüksək səviyyədədir".

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, bəzi xarici qüvvələrin iki ölkənin münasibətlərini pozmasına yol vermək olmaz: "Mən bu gün Xarici İşlər Nazirliyində görüş keçirdim. Gələn ay Həsən Ruhaninin andiçmə mərasimi olacaq. Azərbaycan prezidentinin bu andiçmə mərasimində iştirakını gözləyirik. Biz bu münasibətləri qorumalıyıq".

C. Cahangirzadə qeyd edib ki, Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi istiqamətində müzakirələr aparılır: "Həsən Ruhani Astara-Rəşt dəmir yolu layihəsinin maliyyələşdirilməsi məsələsinin tezliklə həllini tapması barədə göstəriş verdi. İnanırıq ki, yaxın vaxtlarda, yaxın aylarda investor müəyyənləşəcək və dəmir yolu layihəsi reallaşdırılacaq".

Səfir Neftçala rayonunda İranın "Xodro" şirkətinin tikdiyi avtomobil zavodunun ilk məhsulunun bu ilin sentyabr ayında buraxılacağına ümid etdiyini də bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR