Bank Of Baku

Efiopiyalı jurnalistlərə ermənilərin Füzulidəki vəhşiliyi barədə məlumat verilib

Efiopiyalı jurnalistlərə ermənilərin Füzulidəki vəhşiliyi barədə məlumat verilib
# 07 iyul 2017 17:43 (UTC +04:00)

Azərbaycanın Əddis-Əbəbədəki səfirliyində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin, o cümlədən iki yaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı bu ölkənin jurnalistləri ilə görüş keçirilib.

 

APA-nın məlumatına görə, görüşdə iştirak edən Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev “Daily Nation”, “African Press Agency” və “Walta” informasiya agentliklərini təmsil edən jurnalistlərə iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutulması barədə söz açaraq, bu vandalizm aktı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürüldüyünü qeyd edib, digər mülki şəxsin ağır yaralandığını və mülki obyektlərə ciddi ziyan vurulduğunu bildirib.

 

Səfir E. Abdullayev cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirərək, Azərbaycanın 20% torpaqlarının hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini yerinə yetirmədiyini və 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiklərini vurğulayıb. Efiopiya və digər Afrika ölkələrinin ictimaiyyətlərinə müraciət edən səfir E. Abdullayev Ermənistan tərəfindən törədilmiş bu vandalizm aktının beynəlxalq səviyyədə pislənməsinin xüsusi önəm daşıdığını, artıq bir neçə ölkənin və beynəlxalq təşkilatın Ermənistanı bu qeyri-insani addımına görə ittiham etdiyini bildirib.

 

E. Abdullayev Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi olduğunu deyib, bu amilin münaqişənin həllinə başlıca maneə olduğunu vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR