Əlcəzairin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.
Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycanda yaşayan əlcəzairlilər ölkələrində mayın 4-də keçiriləcək parlament seçkilərində iştirak edəcəklər. Aprelin 29-da açılacaq seçki məntəqəsi mayın 4-dək fəaliyyət göstərəcək.