Bank Of Baku

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın baş katibi ilə görüşüb

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın baş katibi ilə görüşüb
# 16 iyun 2017 15:35 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşüb.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. M. Çunqonq təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. E. Məmmədyarov isə bu səfərin ikitərəfli əlaqələrə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

 

Görüşdə Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığı qeyd edilib və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulanıb. E. Məmmədyarov belə səfərlərin, xüsusən intensiv görüşlərin və fikir mübadiləsinin aparılmasının daha sıx əməkdaşlıq üçün əhəmiyyətli vasitə olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR