Hindistanda sürüşmə nəticəsində 16 nəfər ölüb, 6-sı isə itkin düşüb. APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, Arunaçal-Pradeş ştatında qeydə alınan sürüşmə aramsız yağışlar nəticəsində baş verib.
Hadisə qurbanları Papum-Pare dairəsində yerləşən Laptap kəndinin sakinləridir. Yerli KİV-in məlumatına görə, kəndə aparan yolda uçqunlar olduğundan xilasedicilər hadisə yerinə çata bilmir. Axtarış-xilasetmə işləri ilə ancaq kənd sakinləri məşğuldur. Yerli hakimiyyət orqanlarının qənaətinə görə, hadisə nəticəsində heç kim sağ qalmayıb.