Bank Of Baku

İsraillə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib

İsraillə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib
# 16 iyun 2017 17:06 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

 

Komissiyanın həmsədri

 

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

 

Komissiyanın üzvləri:

 

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Yəhya Musayev - Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

 

Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini

 

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

 

Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

 

Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

Niyazi Rəhimov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini

 

Ramin Məmmədov - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

 

Arif Məmmədov - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

 

Ziya Əliyev - Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru

 

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi barədə İsrail Dövləti tərəfinə bildiriş göndərsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR