Bank Of Baku

MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək

MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək
# 27 aprel 2018 10:10 (UTC +04:00)

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə bu ölkənin daxili İşlər naziri Raximzoda Ramazon ilə görüşüb.

 

Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında siyasi sahədə səmimi dost münasibətlərin iqtisadi və ticari əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına kömək etdiyi vurğulanıb. MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

 

İki ölkə arasında hüquqi bazanın təkmilləşdirilməsi və Azərbaycan vətəndaşlarının miqrasiya məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb. Qurumlar arasında tələbə mübadiləsinin aparılması, birgə kurslarda iştirak və digər maraq doğuran məsələlər də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR