Milli Məclisin deputatı Baltik Assambleyasının sessiyasında iştirak edəcək

Milli Məclisin deputatı Baltik Assambleyasının  sessiyasında iştirak edəcək
# 27 oktyabr 2016 09:31 (UTC +04:00)

 

Bakı – APA. Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının 35-ci sessiyasında və Baltik Şurasının 22-ci  iclasında iştirak etmək  üçün  oktyabrın 27-dən 29-dək  Latviyada səfərdə olacaq.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Riqa şəhərində keçiriləcək toplantıda Avropa İttifaqının  sərhədlərinin idarə olunması və miqrasiya məsələləri,  Baltik  dövlətləri  üçün yeni çağırışlar, quruma üzv dövlətlərdə demoqrafik vəziyyət, regional  nəqliyyat infrastrukturunun inkişafı barədə məsələlər  müzakirə  ediləcək. 
 

Ə. Məsimli müzakirə ediləcək məsələlərə münasibətini  bildirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR