Bank Of Baku

Moldova prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb - YENİLƏNİB-1

Moldova prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb - <span style="color: red;">YENİLƏNİB-1
# 14 iyun 2017 15:21 (UTC +04:00)

Moldova prezidenti İqor Dodon iyunun 21-23-də Azərbaycanda rəsmi səfərdə olacaq.

 

APA-nın Moldova müxbiri xəbər verir ki, səfər zamanı İ. Dodonu Qaqauz Yeri başqanı İrina Vlax ve digər rəsmi şəxslər müşayiət edəcək.

 

Bakıda İ. Dodonun yüksək səviyyədə görüşləri nəzərdə tutulur.

 

O, prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə ilə görəcək, bir sıra digər görüşlər keçirəcək.

 

Qeyd edək ki, bu, İ. Dodonun Moldova prezidenti postunda Rusiyadan sonra xaricə ikinci rəsmi səfəridir.

 

 

***

 

saat 15.28

 

Moldova prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub.

 

Diplomatik mənbələrdən APA-ya daxil olan məlumata görə, Moldova lideri iyunun 21-22-də Azərbaycanda səfərdə olacaq.

 

Səfər proqramı hələlik açıqlanmayıb.

 

 

***

 

saat 14.43

 

Moldova prezidenti İqor Dodon Azərbaycana gəlir.

 

APA-nın məlumatına görə, bu barədə o, ötən gün “NTV-Moldova” kanalının canlı yayımında bildirib.

 

Prezident gələn həftə Moskvaya, oradan isə Azərbaycana səfər edəcəyini deyib, səfərin dəqiq tarixini isə açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR