Bank Of Baku

Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb

Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb
# 05 sentyabr 2017 14:40 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.

 

APA-nın məlumatına görə, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canelidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.

 

Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.

 

Mixeil Canelidze də artıq Bakıdadır.

 

Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.

 

Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR