Bank Of Baku

Ombudsman AŞ-nın Azərbaycandakı ofisinin rəhbərini qəbul edib

Ombudsman AŞ-nın Azərbaycandakı ofisinin rəhbərini qəbul edib
# 06 oktyabr 2017 11:22 (UTC +04:00)

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Avropa Şurasının (AŞ) Azərbaycandakı ofisinin yeni təyin olunmuş rəhbəri Zoltan Hernyesi qəbul edib.

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müvəkkil fəaliyyət dövrü ərzində AŞ ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib.

 

E. Süleymanova qeyd edib ki, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, cəzaçəkmə müəssisələrinə, polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə baş çəkmələr həyata keçirilir.

 

Qonaq Ombudsman təsisatının AŞ-nın əsas tərəfdaşlarından biri olduğunu bildirib, qurulan əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində marağını ifadə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR