Bank Of Baku

Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun çox böyük gələcəyi var"

Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun çox böyük gələcəyi var"
# 25 aprel 2018 13:47 (UTC +04:00)

"Prezident seçkilərindən sonra ilk səfərimi qardaş ölkəyə etdim. Bu təbiidir. Bir ənənədir və onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir birinə ən yaxın olan ölkələrdir".

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

İlham Əliyev bildirib ki, prezident seçkiləri qazandığı qələbəyə görə onu ilk olaraq məhz Türkiyə prezidenti Ərdoğan təbrik edib: "Məni ilk təbrik edən əziz qardaşım olub. 1 həftə əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumətin formalaşması başa çatdı və dünən mən Ankarada idim".

 

Dövlət başçısı Türkiyə və Azərbaycan qardaşlığının və dostluğunun möhkəm olduğunu bildirib, bu birliyin çox böyük gələcəyi olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR