Bank Of Baku

Rusiyada içərisində Ermənistan vətəndaşları olan mikroavtobus aşıb

Rusiyada içərisində Ermənistan vətəndaşları olan mikroavtobus aşıb
# 11 iyul 2017 15:42 (UTC +04:00)

Rusiyada içərisində Ermənistan vətəndaşların olduğu mikroavtobus qəzaya uğrayıb, 3 nəfər xəsarət alıb.

 

APA-nın “armenpress.am”-ə istinadən verdiyi xəbərə görə, hadisə Stavropol diyarında Qafqaz federal yolunun 271-ci km-də baş verib.

 

Mineralnıe Vodı şəhəri istiqmətində olan "Mercedes" markalı mikroavtobus sürücünün diqqətsizliyi nəticəsində yolun kənarındakı maneəyə çırpılaraq çevrilib.

 

Avtomobilin salonundakı 8 nəfərin hamısı Ermənistan vətəndaşı olub.

 

Üç sərnişin yaxınlıqdakı xəstəxanaya aparılıb.

 

Hadisə yerində yol patrul xidmətinin əməkdaşları çalışır, hadisənin təfərrüatları araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR