Bank Of Baku

Səfir: “Niderland Azərbaycan və Avropa İttifaqı arasındakı danışıqlar üçün təkliflər irəli sürüb”

Səfir: “Niderland Azərbaycan və Avropa İttifaqı arasındakı danışıqlar üçün təkliflər irəli sürüb”
# 27 aprel 2017 16:04 (UTC +04:00)

“Niderland irəli sürdüyü təkliflərin Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişə dair danışıqları gücləndirəcəyinə ümid edir”.

 

APA-nın xəbərinə görə, bunu Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib. Ölkəsinin Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqlara müsbət baxdığını söyləyən səfir Azərbaycanın Aİ üçün önəmli tərəfdaş olduğunu bildirib: “Avropa İttifaqının danışıqlara dair razılaşdırılmış mandatı var. Mandatın formalaşmasında da Niderlandın öz təklifləri olub. Danışıqların gedişində ayrı-ayrı dövlətlər öz təkliflərini verə bilər. Niderland bu danışıqları “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində nəzərdən keçirir. Ümid edirik ki, Niderlandın təklifləri noyabrda “Şərq tərəfdaşlığı” sammitində aparılacaq danışıqları, o cümlədən Aİ və Azərbaycan arasında imzalanacaq yeni sazişə dair aparılan danışıqları gücləndirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR