"Avropa İttifaqı ( Aİ) və Azərbaycan arasında sıx tərəfdaşlıq istiqamətində müzakirələr aparılır".
APA-nın xəbərinə görə, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers deyib. Səfir bildirib ki, bu müzakirələrə mobillik və viza razılaşmaları da daxildir: "Biz Azərbaycanla bu il aramızdakı diplomatik əlaqələrin 25-ci ildönümünü qeyd edirik. İki ölkə arasında siyasi, ticari, iqtisadi sahələrdə əlaqələr yaxşı inkişaf edib".
Səfir sonda Azərbaycan hökumətinə qonaqpərvərliyinə görə təşəkkürünü bildirib.