Bank Of Baku

Səfir: "Prokurorluqdan bildirdilər ki, onlarda Azərbaycan şirkətlərinin Krımda olmasını təsdiqləyən fakt yoxdur" - YENİLƏNİB

Səfir: "Prokurorluqdan bildirdilər ki, onlarda Azərbaycan şirkətlərinin Krımda olmasını təsdiqləyən fakt yoxdur" - <span style="color: red;">YENİLƏNİB
# 26 aprel 2017 17:16 (UTC +04:00)

"Krım prokurorluğundan bizə bildirdilər ki, onlarda hər hansı Azərbaycan şirkətinin Krımda olmasını təsdiqləyən fakt yoxdur. Olsaydı, saytlarında yerləşdirərdilər".

 

Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

 

"Prokurorluqdan bildirdilər ki, onların III Beynəlxalq İqtisadi Forumda iştirak etmiş xarici şirkətlərlə bağlı sadəcə xəbərdarlıqları var və bu, ümumi xarakter daşıyır. Burada konkret Azərbaycan şirkətlərindən söhbət getmir", - deyə səfir qeyd edib.

 

 

***

 

saat 18.41

 

Krımın Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumunda Azərbaycan şirkətləri iştirak etməyib.

 

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.

 

Səfər deyib ki, hazırda Ukrayna hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan şirkətlərinə qarşı cinayət işinin açılması məsələsi araşdırılır: “Bizim İqtisadiyyat Nazirliyindən bildirdilər ki, orada heç bir Azərbaycan şirkəti iştirak etməyib. Adları qeyd olunan şirkətlərin heç biri orada olmayıb. Üstəlik adı çəkilən şirkətlərin bəzisi dövlət müəssisəsidir. Onlar vəziyyətdən xəbərdardırlar, buna görə oraya gedə bilməzdi.

 

Həmin iqtisadi forumun saytı var və tədbiri işıqlandırır. Orada ümumiyyətlə Azərbaycanın adı yoxdur. Ukrayna hüquq-mühafizə orqanları ilə bu barədə təmaslara girmişik. Bizimkilər ora getməyibsə, onlar  cinayət işi aça bilməz. Hazırda prosedur qayda belədir ki, onlar bizdən rəsmi məktub istəyirlər. Məlumatlar bir neçə saat əvvəl çıxdığı üçün biz cavabı şifahi şəkildə təqdim etmişik. İndi isə məktub hazırlanır. Bu dəqiqələrdə onlara göndəriləcək. Onlar isə müvafiq olaraq bizə rəsmi cavab verəcəklər”.

 

Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında bu ölkənin Baş Prokurorluğu Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak edənlərlə bağlı istintaq hərəkətlərinə başlayıb.

 

İqtisadi forumun iştirakçıları Ukraynanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını pozmaqda təqsirli bilinirlər.

 

Forumun iştirakçıları arasında Azərbaycanın 17 iri dövlət və özəl şirkətinin nümayəndə heyəti də olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR