“NATO Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını vacib sayır. Azərbaycanın bu əməliyyatlarda iştirakı avroatlantik çağırışların həllinə böyük töhfədir”.
APA-nın xəbərinə, bunu Azərbaycanda səfərdə olan NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem deyib. O bildirib ki, hazırda Azərbaycan İPAP-ın (Fərdi Tərəfdaşlıq Əməliyyat Planı) beşinci mərhələsindədirlər.
NATO və Azərbaycanın müdafiə, təhlükəsizlik və bir sıra başqa sahələr üzrə əməkdaşlıq etdiyini xatırladan T. İldem, 4-6 may tarixlərində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacağını söyləyib: “IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir sıra problemlərin həllində bir çox ölkələri və beynəlxalq təşkilatları bir araya toplayan çox vacib təşəbbüsdür”.