Bank Of Baku

XİN: "Diplomatik nümayəndəliklərimizdəki səsvermələrdə yüksək seçici fəallığı müşahidə olunub"

XİN: "Diplomatik nümayəndəliklərimizdəki səsvermələrdə yüksək seçici fəallığı müşahidə olunub"
# 11 aprel 2018 15:48 (UTC +04:00)

"Saat fərqinə uyğun olaraq, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış seçki məntəqəsindəki səsvermə başa çatıb".

 

Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib.

 

 

H.Hacıyev seçkilərin səfirliyimizdə qeydiyyatda olan vətəndaşların yüksək seçici fəallığı  ilə azad və demokratik şəraitdə keçdiyini vurğulayıb.

"Yerli saata uyğun olaraq Vaşinqtondakı səfirliyimizdə seçki məntəqəsi bir saatdan artıq vaxtdır ki açılıb. Təqribən saat yarımdan sonra Los-Ancelsdəki Baş Konsulluğumuzda seçki məntəqəsi açılacaq. Ümumiyyətlə, ən son bağlanan seçki məntəqəsi Los-Ancelsdəki Baş Konsulluğumuz olacaq", -deyə XİN rəsmisi əlavə edib.

 

 

O qeyd edib ki, diplomatik nümayəndəliklərimizdəki səsvermələrdə də yüksək seçici fəallığı müşahidə olunub. Diplomatik nümayəndəliklərimizdə yaradılmış seçki məntəqələrindəki səsvermələrin nəticələri 17-ci və 16-cı Yasamal seçki dairələrinə bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR