Bank Of Baku

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyət müddəti başa çatıb

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyət müddəti başa çatıb
# 28 iyul 2017 15:05 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir Dimitrios Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycanla Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

 

E. Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR