Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, həmçinin türk dövlətlərinin səfirləri ilə görüşüb.
APA xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter" səhifəsində paylaşım edib.
“TÜRKSOY-un Baş katibi Sultan Rayev, heyəti və qardaş Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan səfirlərini qonaq etməkdən qürur duydum! Şuşa 2023-cü il – Türk Dünyasının mədəniyyət paytaxtıdır!”, - deyə səfir qeyd edib.