İl ərzində ABŞ, Çin və Avropa dövlətləri ilə münasibətlərimiz diqqət mərkəzində olub.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
Qeyd edilib ki, Cənubi Şərqi Avropa ölkələri ilə qarşılıqlı maraqlar əsasında münasibətlərin uğurla inkişafı xüsusilə qeyd edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliyaya, Bolqarıstana, Albaniya və Serbiyaya səfərlər edib.
Öz növbəsində, Albaniya Respublikasının Baş naziri, Bolqarıstan Respublikasının Baş naziri, eləcə də Serbiya Prezidenti ölkəmizdə səfərdə olub. Mərkəzi, Şimali və Cənubi Amerika, Yaxın Şərq, Afrika və Asiya dövlətləri ilə qarşılıqlı maraqlar əsasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq münasibətləri davam edib, işgüzar səfərlər həyata keçirilib və siyasi məsləhətləşmələr təşkil olunub.