Azərbaycan dövləti BQXK-nın Laçın-Xankəndi yolunda fəaliyyəti üçün hər cür dəstək göstərir.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, BQXK ilə də gündəlik ünsiyyətdədirlər: “O cümlədən mən dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşdüm. Dünən bu barədə məlumat yayıldı. Amma istəyirəm Azərbaycan cəmiyyəti bilsin ki, bizim görüşlərimiz mütəmadi keçirilir. Həmkarlar da gündəlik əsasda əlaqədədirlər. Çünki BQXK yerdə fəaliyyət göstərir. Azərbaycan dövləti BQXK-nın da fəaliyyəti üçün hər cür dəstək göstərir. Azərbaycan dövləti hər zaman məsələnin kökündə duran narazılıqların aradan götürülməsi üçün konstruktiv təkliflər verir. Yəni belə təkliflər tərəfimizdən çox səsləndirilib”.