Azərbaycan tərəfi ilk təşəbbüsü irəli sürən tərəf kimi, ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında Ermənistanla sülh sazişini imzalamağa hazırdır.
APA xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan əleyhinə bəyanatına cavabında yer alıb.
Qeyd olunub ki, bunun üçün, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir.