Bank Of Baku

XİN başçısı: Azərbaycanın beynəlxalq enerji təminatı və tranzit daşımalarda rolu artıb

XİN başçısı: Azərbaycanın beynəlxalq enerji təminatı və tranzit daşımalarda rolu artıb
# 27 dekabr 2022 15:39 (UTC +04:00)

“2022-ci ildə Azərbaycanın beynəlxalq enerji təminatı və tranzit daşımalarda rolu artıb ”.

APA-nın xəbərinə görə, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, 18 iyulda Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb: “Oktyabrın 1-də Sofiyada Yunanıstan-Bolqarıstan qaz kəmərinin açılışı keçirilib. Dekabrın 16-da ARDNŞ və “RomQaz” arasında Rumıniyaya qaz ixracına dair müqavilə imzalanıb və gələn il yanvarın 1-dən Rumıniyaya Azərbaycan qazı ixrac olunacaq. Bununla da Azərbaycandan Avropanın 4-cü ölkəsinə qaz ixracı başlayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR