Bank Of Baku

XİN: Blokada ilə bağlı iddialar yalandır, erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir

XİN: Blokada ilə bağlı iddialar yalandır, erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir
# 19 dekabr 2022 15:37 (UTC +04:00)

Blokada ilə bağlı dezinformasiyanın əksinə olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O bildirib ki, belə hallar gün ərzində bir neçə dəfə təkrarlanır.

“Blokada ilə bağlı iddialar yalandır”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə ermənilərə məxsus təcili tibbi yardım maşınının Laçın-Xankəndi yolundan hərəkət etməsi üçün şərait yaradılıb. Bu gün BQXK 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.

Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR