XİN: Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir zaman dinc erməni əhalisini hədəf almayıb

XİN: Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir zaman dinc erməni əhalisini hədəf almayıb
# 28 sentyabr 2023 13:11 (UTC +04:00)

Ermənistan XİN-in yalanlarına zidd və Ermənistanın özündən fərqli olaraq, Azərbaycan heç bir zaman dinc erməni əhalisini hədəf almayıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində qeyd olunub.

“Azərbaycanın vəziyyəti siyasi-diplomatik vasitələrlə həll etmək istəməməsi ilə bağlı əsassız bəyanatlara gəlincə, Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, bu ölkə təkcə 30 illik işğal dövründə yox, həmçinin münaqişədən sonrakı dövrdə də bütün sülh səylərini heçə endirib”, - məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR