İsraildə Azərbaycan vətəndaşları arasında ölən və yaralanan olmayıb.
Bu barədə XİN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, belə bir məlumat daxil olmayıb: "Səfirlik tərəfindən təhlükəsizlik şəraitinə riayət olunur. Vətəndaşlara müvafiq xəbərdarlıq qısa müddətdə elan olunacaq".