Bank Of Baku

XİN: Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi milli təhlükəsizlik qərarıdır

XİN: Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi milli təhlükəsizlik qərarıdır
# 26 aprel 2023 13:00 (UTC +04:00)

Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş milli təhlükəsizlik qərarıdır.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Kanada xarici işlər nazirinə cavabında qeyd olunub.

“Bu xüsusda, qeyd edilən məntəqənin təsis edilməsinin sülh prosesinə və bölgədə sabitliyə təsir etdiyi barədə fikirlər yanlışdır. Əksinə, bu addımın atılması sözügedən qeyri-qanuni fəaliyyətlərin effektiv qarşısının alınmasına xidmət edəcək”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR