Bank Of Baku

XİN: Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir

XİN: Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir
# 07 mart 2023 17:11 (UTC +04:00)

Azərbaycan bu həftə X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitter paylaşımında bildirib.

O qeyd edib ki, martın 9-dan 11-dək Bakıda keçiriləcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilib. Builki sammit “Bugünün Dünyası: Çağırışlar və Ümidlər” adlı altında baş tutacaq.

“Azərbaycan bu həftə Nizami Gəncəvi Byenəlxalq Mərkəzi tərəfindən təşkil edilmiş X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək. Azərbaycanda milli səviyyədə ehtiramla anılan böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami bütün həyatını Azərbaycanın qədim Gəncə şəhərində yaşayıb”, - deyə paylaşımda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR