Azərbaycan tərəfi hər zaman Ermənistanla müxtəlif formatlarda görüşlərin keçirilməsini dəstəkləyir.
APA-nın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, Tehranda Ermənistan XİN başçısı ilə görüş keçirilib:
"Əsas odur ki, Azərbaycanla Ermənistanın iradəsi olsun, formatlar fərqli olsa da, münasibətlərin normallaşması istiqamətində görüşlər davam etsin".