Bu gün Cənubi Qafqaz regionundakı vəziyyət də müzakirə olunub və üçtərəfli razılaşmaların vacibliyi qeyd olunub.
APA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
“Postmünaqişə dövrünə aid məsələlər müzakirə olundu və Ermənistanla sülh sazişinin imzalanması üçün görülən işlər barədə fikir mübadiləsi apardıq. Bu sazişin imzalanması üçün aktiv faza artıq arxada qalıb. Hazırda Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur və biz gördük ki, danışıqların 3-cü raundunda iştirakdan da imtina etdilər”, - nazir qeyd edib.
***
13:19
Rusiyalı həmkarım Sergey Lavrovla Cənubi Qafqazdakı vəziyyəti, eyni zamanda, üçtərəfli bəyanatların icrasını müzakirə etdik.
APA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfrasnsında deyib.
O qeyd edib ki, Rusiya XİN rəhbəri ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını da müzakirə ediblər.